AZ

Qlobal gərginliyin yeni mərhələsi: “Humanitar böhrana yol aça bilər”

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Türkiyə ilə İran sərhədindəki bütün sərnişin keçid məntəqələrində hərəkət dayandırılıb.

Türkiyənin ticarət naziri Ömər Bolat qərarın regionda gərginliyin artması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi fonunda qəbul edildiyini bildirib.

Qeyd edək ki, 28 fevral tarixindən etibarən İsrail və ABŞ-ın İrana qarşı hərbi əməliyyatları başlayıb və endirilən zərbələr nəticəsində İranın ali dini lideri Əli Xameneyi də daxil olmaqla, onlarla yüksək səviyyəli rəsmi şəxs həyatını itirib.

Bəs bu, nəyin göstəricisidir? 

“Cebheinfo.az”-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib ki, münaqişənin daha da dərinləşməsi humanitar böhrana yol aça bilər:

“Ağır müharibə gedir və bu, əhali üçün ciddi təhlükə yaradır. Xüsusilə ölkənin təchizat və idarəetmə sistemi demək olar ki, tamamilə pozulub. Belə vəziyyətdə əhalinin maddi ehtiyaclarını və rifah halını təmin etmək çətinləşir. Təbii olaraq, qaçqın problemi meydana çıxır.

Qaçqınlar da Azərbaycan və Türkiyəyə yaxındır. Təbii ki, müharibə qızışdıqca qaçqın selinin əmələ gəlməsinə şərait yaranır. Buna görə də bütün tərəflər qaçqın selinin qarşısını almağa çalışır”.

Politoloq hesab edir ki, yaranmış vəziyyətdən çıxış yolu yalnız beynəlxalq vasitəçilərin iştirakı ilə qurulacaq rasional və praqmatik danışıqlar formatı və diplomatik kanallar vasitəsilə mümkündür:

“İndi diplomatik həll yolu tapılmalıdır. Molla və sionist həll yolu tapa bilməyəcək. Ona görə də danışıqlar masasında heç olmasa, onların biri iştirak etməməlidir. Yəni molla rejimi prosesdə olmamalıdır, sionist tərəf isə müəyyən məsafədə saxlanılmalıdır.

Danışıqlar prosesi ABŞ və İranın qeyri-dini kəsimi, profisional siyasətçilərdən ibarət təcrübəli şəxsləri tərəfindən aparılmalıdır. Məsələn, İran Prezidenti Məsud Pezeşkian kimi. Belə olduğu halda kompromisə nail olmaq olar”.

Əfsanə Rəcəb

“Cebheinfo.az”

Açar sözlər:

Türkiyə ilə İran sərhəd Qabil Hüseynli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
77
1
cebheinfo.az

2Mənbələr