AZ

Sevinc Tofiqqızı: Bu gün təqdim olunan layihə Hökumə Əliyevanın xatirəsinə ithaf edilib

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 2 mart, Günel Alıyeva, foto Səfiyar Məcnun, AZƏRTAC

Layihə təyyarə bələdçisi, Milli Qəhrəman Hökumə Əliyevanın əziz xatirəsinə həsr olunub. Məhz onun xatirəsinə ithaf etdiyim “Hökümə – Səma ulduzu” adlı mahnı üçün klip hazırlanıb. Mahnının sözləri şair Baba Vəziroğlu, musiqisi isə mənim tərəfimdən bəstələnib. İfanı 3 nömrəli Gənclər İnkişaf Mərkəzinin tələbələrindən ibarət “Azəri İnciləri” vokal qrupu səsləndirib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında layihənin rəhbəri, bəstəkar Sevinc Tofiqqızı söyləyib.

Bəstəkar qeyd edib ki, bu gün təqdim olunan layihə onun üçüncü yaradıcılıq işi olmaqla yanaşı, birbaşa Hökumə Əliyevanın xatirəsinə ithaf edilib: “Düşünürəm ki, milli qəhrəmanlarımızı hər zaman yaşatmalı, onların vətən sevgisini gənc nəslə çatdırmalıyıq. Peşəsindən asılı olmayaraq hər bir insan Vətən üçün iz qoymalıdır. Şəhidlərimizin xatirəsini yaşatmaq mənim üçün həm borcdur, həm də vicdan məsələsidir”.

Sevinc Tofiqqızı klipin ərsəyə gəlməsində əməyi olan yaradıcı heyətə də təşəkkürünü çatdırıb. O, rejissor Xalid Əliyevə xüsusi minnətdarlığını bildirərək vurğulayıb ki, rejissorun klipdə Hökumə Əliyevanı canlandırması bu xatirəyə ayrıca dəyər qatıb.

Bəstəkar, həmçinin “Azəri İnciləri” vokal qrupunun rəhbəri Gülnarə Qurbanovaya dərin minnətdarlığını ifadə edib: “Mən bəstəni yazıram, Gülnarə xanım isə uşaqlara bunu öyrədir, onların ifasını formalaşdırır. Bu mərkəzin şagirdləri həqiqətən istedadlı və vətənpərvərdirlər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
89
azertag.az

1Mənbələr