AZ

Rusiya telekanalının Tehrandakı ofisinin yaxınlığına raket düşüb: İşçilər təxliyə edilir - VİDEO

Rusiyanın RT telekanalının İran redaksiyasının yaxınlığına raket düşüb.

Moderator.az-ın xəbərinə görə, bu barədə RT-nin "Telegram" kanalında məlumat verilib.

"Hamı sağdır və hazırda təxliyə davam edir", - deyə RT-nin müxbiri Raniya Kasimi bildirib.

 

 

Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə isə açıqlama verilməyib.

RT-nin İran bürosunun rəhbəri Hami Hamedi qeyd edib ki, kanalın ölkədəki ofisi İsrail və ABŞ-nin zərbələri nəticəsində qismən zərər görüb:

"Ofisimizə çox yaxın olan bina tamamilə dağılıb və ərazidə qaz qoxusu hiss olunur. Ola bilsin ki, partlayış baş versin".

Seçilən
9
1
moderator.az

2Mənbələr