Bizim imkanlarımız getdikcə artır, İranda isə zəifləyir.
APA xəbər verir ki, bu barədə ABŞ-ın hərb naziri Pit Heqset deyib.
“Bu müharibənin şərtlərini biz müəyyənləşdiririk. Əvvəlini də, sonunu da. Ümid edirik ki, İran xalqı bu inanılmaz fürsəti dəyərləndirəcək”, - nazir qeyd edib.
Heqset vurğulayıb ki, əməliyyatın hədəfi İranın təhdidini, o cümlədən raket sənayesini, donanmanı məhv etmək və nüvə silahı əldə etməsinin qarşısını almaqdır.