AZ

Azərbaycan və Rusiya “AZAL” təyyarəsilə bağlı addımlar atacaqlar

Azərbaycan və Rusiya “AZAL” təyyarəsinin qəzası ilə bağlı yaxın vaxtlarda addımlar atacaqlar.

ONN media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin martın 2-də Rusiya Federasiyası Hökuməti Sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuku qəbulu zamanı bildirilib.
Söhbət zamanı qeyd edilib ki, Azərbaycan və Rusiya liderlərinin 2025-ci il oktyabrın 9-da Düşənbədə keçirilən görüşündə əldə etdikləri razılaşmalara uyğun olaraq, tərəflər 2024-cü il dekabrın 25-də “AZAL” təyyarəsinin qəzaya uğraması nəticəsində yaranan problemlərin həlli üzrə yaxın vaxtlarda kompleks praktik addımlar atacaqlar.

Seçilən
21
24
onn.az

10Mənbələr