Bir neçə gün öncə dünyasını dəyişən meyxanaçı Elşən Binəqədi ilə bağlı müzakirələr davam edir.
Sosial şəbəkələrdə meyxana ustasının meyitinin morqda qalması müzakirə olunur. İstifadəçilər meyxanaçıların mərhum həmkarlarına sahib çıxmamasını tənqid ediblər.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Ağamirzə Məmmədov deyib ki, E. Binəqədi ilə dostluq əlaqəsi olmayıb:
“Mən vəfatından dünən xəbər tutmuşam, çox yaxınlığım olmayıb. Bizə ağıllı-başlı xəbər verən olsaydı, bir şey fikirləşərdik”.
Qeyd edək ki, fevralın 26-sı saat 20 radələrində Sabunçu Tibb Mərkəzinə gətirilən meyxanaçı orada dünyasını dəyişib. Onun meyitinin morqda qaldığı bildirilib. Elşən Binəqədi bir müddət içki aludəçiliyindən əziyyət çəkib və bu səbəbdən Bakıdakı reabilitasiya mərkəzlərindən birində müalicə alıb.
Sara, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta