AZ

Tibbi MÖCÜZƏ: Onurğa sınığı olan xəstə 3 günə YERİDİ – FOTO

Primoryedə onurğası sınan qadın üç günə ayağa qaldırılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Rusiyanın Primorye diyarında həkimlər ağır onurğa zədəsi almış xəstəni qısa müddətdə sağaltmağı bacararaq tibbi möcüzəyə imza atıblar.

Məlumata görə, bir qadın keçirdiyi ağır yol-nəqliyyat hadisəsi nəticəsində 12-ci döş fəqərəsinin sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Vladivostok şəhərində cərrahlar tərəfindən icra edilən mürəkkəb əməliyyat cəmi dörd kiçik kəsik vasitəsilə həyata keçirilib. Bu müasir və az travmatik metod sayəsində xəstənin bərpa prosesi gözləniləndən daha sürətli gedib.

Artıq əməliyyatdan iki sutka sonra zərərçəkmiş müstəqil şəkildə ayağa qalxmağı bacarıb. Üçüncü gün isə o, artıq sərbəst hərəkət etməyə başlayıb.

Hazırda pasiyentin vəziyyətinin yaxşı olduğu və reabilitasiya prosesinin uğurla davam etdiyi bildirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
20
interpress.az

1Mənbələr