AZ

Ford un 4 milyondan çox avtomobili geri çağırılır

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Ford" şirkəti proqram təminatında aşkar edilən ciddi xəta səbəbindən 4 milyondan çox avtomobili geri çağırır. ABŞ Milli Magistral Trafik Təhlükəsizliyi İdarəsinin (NHTSA) yaydığı məlumata görə, bu qərar ümumilikdə 4 milyon 380 min 609 nəqliyyat vasitəsini əhatə edir.Demokrat.az xəbər verir ki, problem avtomobillərin qoşqu modulundakı proqram xətası ilə bağlıdır. Bu nasazlıq nəticəsində qoşqunun dayanma işıqları və dönmə siqnalları işləməyə bilər. Həmçinin bəzi modellərdə qoşqunun əyləc funksiyasının tamamilə itməsi riski var ki, bu da yollarda qəza ehtimalını artırır.Geri çağırma prosesi 2021-2026-cı illər arasında istehsal olunmuş Ford F-150, F-250 SD, E-Transit, Ranger, Maverick, Expedition və Lincoln Navigator modellərinə şamil edilir. Şirkət rəsmiləri bildiriblər ki, sözügedən problem proqram təminatının yenilənməsi vasitəsilə tamamilə ödənişsiz şəkildə aradan qaldırılacaq.Qeyd edək ki, bu Fordun son günlərdə verdiyi yeganə belə qərar deyil. Bir neçə gün əvvəl şirkət "Explorer" modelindən olan 400 mindən çox avtomobili arxa asqı sistemindəki qırılma riski səbəbindən geri çağırmışdı. Həmin nasazlıq sürücünün sükan idarəetməsini itirməsinə yol aça bilərdi. İstehsalçı hazırda hər iki texniki problemi qısa müddətdə həll etməyi planlaşdırır.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
demokrat.az

1Mənbələr