İrana məxsus iki pilotsuz uçuş aparatı Qətərdə enerji obyektlərinə hücum edib. Bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dronlardan biri Mesaied elektrik stansiyasına aid su anbarını, digəri isə QatarEnergy şirkətinə məxsus **Ras Laffan sənaye şəhəri**ndəki enerji müəssisəsini hədəf alıb. Hücumun nəticələri qiymətləndirilir, rəsmi açıqlamanın daha sonra veriləcəyi bildirilib.
Hadisə fonunda fevralın 28-i səhəri ABŞ və **İsrail**in İrana qarşı hərbi əməliyyatlara başladığı açıqlanıb. ABŞ Prezidenti Donald Tramp çıxışında hücumları Tehranın nüvə proqramı ilə bağlı “tükənmiş səbirlə” əlaqələndirib.
Zərbələrin İranın paytaxtı da daxil olmaqla bir sıra şəhərlərə endirildiyi, o cümlədən Ali Lider Əli Xameneinin iqamətgahının hədəf alındığı bildirilib. Məlumata görə, Tehran cavab olaraq İsrailə və Yaxın Şərqdəki Amerika hərbi bazalarına raket və dron zərbələri endirib.
Aytac