AZ

AFFA "Neftçi"nin hakimlərin qərarları ilə bağlı etirazlarına cavab olaraq bəyanat yayıb

Bakı.Trend:

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ölkəfutbolunun ali idarəedici qurumu olaraq fəaliyyətini beynəlxalqstandartlara, xüsusilə UEFA və FIFA prinsiplərinə uyğun şəkildəhəyata keçirir. AFFA-nın əsas prioritetləri ədalətli oyun, şəffafidarəçilik, bərabər münasibət və futbol ictimaiyyətinin etimadınınqorunmasıdır.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Futbol FederasiyalarıAssosiasiyasının (AFFA) bəyanatında bildirilir.

Qeyd edilir ki, son dövrlərdə AFFA Hakimlər Komitəsi və HakimlərDepartamentində aparılmış islahatlar məhz bu prinsiplərin daha damöhkəmləndirilməsinə yönəlib. Hakimlərin təyinatı,qiymətləndirilməsi və VAR prosedurları beynəlxalq təlimatlara uyğunicra olunur və proseslərin institusional əsaslarlatəkmilləşdirilməsi davam etdirilir.

Eyni zamanda bildiririk ki, ötən ilin sonunda qəbul edilmişqərara əsasən, hər klub mövsüm ərzində mübahisəli oyun epizodlarıilə bağlı VAR yazılarına baxış üçün 3 dəfə rəsmi müraciət etməkhüququna malikdir. Bu mexanizm şəffaflığın artırılması və suallarıninstitusional qaydada cavablandırılması məqsədi daşıyır.

Bununla yanaşı, “Neftçi” PFK tərəfindən son günlər ictimaiyyətəMisli Premyer Liqasının 2025/2026-cı illər mövsümündə hakimqərarları ilə bağlı etiraz xarakterli açıqlamalar yayılır. Yaranmışvəziyyətdə spekulyasiya xarakterli məlumatların yayılması, ictimairəylə manipulyasiya edilməsi və oyun epizodlarınınqiymətləndirilməsində şəxsi maraqlardan irəli gələrək qaydalarıntəhrif olunması hallarının qarşısını alınması məqsədilə bildiririkki, AFFA Hakimlər Komitəsi klubun təqdim etdiyi bütün mübahisəliepizodları peşəkar, obyektiv və hüquqi çərçivədə müzakirə etməyəhazırdır.

Bu məqsədlə “Neftçi” PFK-nın rəsmi nümayəndələrini AFFA-ya dəvətedir, təqdim olunan epizodların detallı şəkildə təhlil olunmasınıvə mövcud sualların cavablandırılmasını təklif edirik.

AFFA olaraq bütün klubları birtərəfli açıqlamalardan çəkinməyə,emosional ritorika əvəzinə institusional dialoqa üstünlük verməyəvə Azərbaycan futbolunda sağlam mühitin qorunması naminə qarşılıqlıhörmət və əməkdaşlıq prinsiplərinə sadiq qalmağa çağırırıq.

Məqalədə:
Seçilən
31
24
az.trend.az

10Mənbələr