AZ

“Qəlb cəbhəsi” kitabı ADPU-nun Quba filialında təqdim olunub - FOTOLAR

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Vətən müharibəsinin qəhrəmanları ilə gənclərin görüşləri” layihəsi çərçivəsində nəşr olunan “Qəlb cəbhəsi” kitabının təqdimatı keçirilib.

QHT.az xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Filialın direktoru, professor Yusif Alıyev layihənin gənclərin vətənpərvərlik ruhunda formalaşmasına mühüm töhfə verdiyini bildirib.

DGTYB başqanı İntiqam Yaşar layihə haqqında məlumat verib, 44 günlük Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyətindən danışıb. “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid anası Tünzalə Abduləlimova çıxış edərək bu cür layihələrin gənclərin milli-mənəvi dəyərlər ruhunda yetişməsində önəmli rol oynadığını vurğulayıb. Müharibə iştirakçıları da çıxış edərək xatirələrini bölüşüblər.

Tədbir şeirlərin səsləndirilməsi, təltif və imza mərasimi ilə davam edib. Sonda layihə çərçivəsində çap olunmuş kitablar filialın kitabxanasına və tələbələrə hədiyyə edilib.

Seçilən
62
qht.az

1Mənbələr