Baku.ws saytından verilən məlumata görə, ain.az xəbər verir.
Qətər Müdafiə Nazirliyi ölkədə enerji ilə əlaqəli obyektlərə iki raket hücumu olduğunu açıqlayıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, nəticədə xəsarət alan və ya ölən olmadığını açıqlanıb.
"Biri Mesaied Elektrik Stansiyasına məxsus su anbarını, digəri isə QatarEnergy ilə əlaqəli Ras Laffan sənaye şəhərindəki enerji obyektlərindən birini hədəfə almışdı", - deyə məlumatda qeyd olunub.
"Hücum nəticəsində dəyən bütün zərər və itkilər müvafiq orqanlar tərəfindən qiymətləndiriləcək və rəsmi açıqlamalar daha sonra veriləcək", - nazirlik əlavə edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.