AZ

Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.

"Cebheinfo.az" xəbər verir ki, ADY-dən verilən məlumata görə, 7 və 9 mart tarixlərində hər iki istiqamətə səfələr təşkil ediləcək.

"Sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz", - məlumatda qeyd olunur.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

"Cebheinfo.az"

Seçilən
208
49
cebheinfo.az

10Mənbələr