AZ

SEPAH-ın Sulduzdakı qərargahı vuruldu

Qərbi Azərbaycan əyalətinin Nəqədə (Sulduz) şəhərində SEPAH-ın qərargahına hava zərbələri endirilib.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu gün səhər saatlarında bir neçə dəqiqə ərzində bazaya 5 ardıcıl hava zərbələri endirilib.

Hadisə yerinə çox sayda təcili tibbi yardım maşınının cəlb olunduğu, ərazinin mühasirəyə alındığı bildirilib.

İnsan tələfatı barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Endirilən zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.

Müəllif: Günay Hacıyeva
Seçilən
18
1
sia.az

2Mənbələr