AZ

Güzgüdə yoxa çıxan adam - Vüsal Hicranın hekayəsi

Kulis.az Hədiyyə Şəfaqətinşeirini təqdim edir.

Tanrının Kişi bətni - kilsə...

Buymuş o-

Yarıqaranlıq və soyuqmuş.

Çarmıxa çəkilmiş İsa, Ata və müqəddəs ruh naminə

qonağını yola sal...

Müqəddəs Məryəm - Qadın.

Adi bir qadın...

Adi bir qadın...

Adi bir qadın...

Solğun şam işıqlarının altında bazar günü duası...

Sakit...

Gözüyumulu uçuş...

Qapı çırıltısı...

...Vidalaşmadan və getmədən əvvəl naşı-naşı

Dua etdim sən və insanlıq naminə:

Tanrı, günəşi güllələrdən qoru

Tanrı, torpağı mərmilərdən qoru

Və sil qəzəb doğuran yaddaşı...

Və adamları xilas et sevgiylə...

Hər şeyiylə kilsə zənginin bazar çağırışı və ətir

Sakit pıçıltıların sehri və yalvarış - günahkar bəndələrini əfv et...

Get!

İndisə get - deyir yamyaşıl sidr ağacları - get!..

Bağışla Ağac

Bağışla Ağac

Bağışla Ağac...

Əllərim əsə-əsə budağını canından qoparıram...

Qayıdıram

Və Tanrını bətnimdə oğurlayıb aparıram...

Seçilən
2
kulis.az

1Mənbələr