Əfsanəvi fransız futbolçu və məşqçi Zinəddin Zidan maraqlı etiraf edib.
Publika.az xəbər verir ki, o, özünü futbol tarixinin ən yaxşı oyunçularından biri hesab etmədiyini bildirib:
"Mən həmişə ən yaxşı olmaq istəyirdim və bunun üçün çalışdım. Heç vaxt ambisiyam çatışmadı. Amma mənim kimi oyunçu heç vaxt ən yaxşı olmadı, sadəcə bu qədər. Hətta top-5-də də deyiləm. Bəlkə də 20-likdə ola bilərəm".
Qeyd edək ki, Zidan futbolçu karyerası ərzində "Kan", "Bordo", "Yuventus" və "Real"da çıxış edib. Klub karyerasında 12 titul qazanıb. Fransa millisi ilə Avropa və dünya çempionu olub. 3 dəfə dünyada ilin futbolçusu seçilib və bir dəfə "Qızıl top"u qazanıb.