AZ

Danışıqlar vaxt qazanmaq üçün aparılıb?

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ və İsrailin İrana qarşı hücumları bir həftə əvvəl planlaşdırdığı, lakin əməliyyat və kəşfiyyat səbəbləri ilə təxirə saldığı iddia olunub.

"Cebheinfo.az" xəbər verir ki, “Axios” platformasının yüksək vəzifəli ABŞ və İsrail rəsmilərinə istinadən yaydığı məlumata görə, tərəflər İrana fevralın 21-i, şənbə günü zərbə endirməyə hazırlaşırdı.

Rəsmilərdən biri hücumun əlverişsiz hava şəraiti səbəbindən təxirə salınmadığını, digər rəsmi isə gecikmənin ABŞ tərəfi ilə bağlı olduğunu bildirib.

Məlumata əsasən, Vaşinqton İsrail Müdafiə Qüvvələri ilə “daha yaxşı koordinasiya”nın zəruri olduğunu hesab edərək əməliyyat və kəşfiyyat səbəbləri ilə hücumu ertələyib.

Bildirilir ki, planlaşdırılan zərbələr İranın ali rəhbəri Əli Xameneyi və onun oğullarının, eləcə də yüksək səviyyəli İran rəsmilərinin hər şənbə qatıldığı toplantıları hədəf almalı idi.

Planlaşdırılan tarixdən faktiki hücuma qədər İsrail və ABŞ rəsmilərinin Xameneyinin iqamətgahından yeraltı sığınacağa enməsi ehtimalı ilə bağlı narahatlığının artdığı qeyd olunur.

ABŞ administrasiyasından bir rəsmi Xameneinin yeraltı sığınacaqlara girməməsinin “sürpriz” olduğunu deyib.

Hücumun gecikməsinin ABŞ ilə İran arasında İsveçrənin Cenevrə şəhərində aparılan danışıqlara əlavə vaxt qazandırdığı bildirilir.

İsrailli bir rəsmi Cenevrədəki müzakirələrin yalnız yeni hücum tarixinədək vaxt udmaq məqsədi daşıdığını və İran tərəfinin “diplomatik yolun hələ də açıq olduğunu” düşünməsi üçün aparıldığını iddia edib.

Başqa bir israilli rəsmi isə görüşlərin səmimi olduğunu və Cenevrədə irəliləyiş əldə ediləcəyi təqdirdə hücumun təxirə salına biləcəyini bildirib.

ABŞ-li rəsmi isə Cenevrə danışıqlarından sonra İranın Vaşinqtonun təqdim etdiyi təklifi qəbul etmədiyini, bunun ardınca artıq hücuma hazır olan ABŞ və İsrailin hərəkətə keçdiyini deyib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
1
cebheinfo.az

2Mənbələr