ain.az, Fanat portalına istinadən məlumat yayır.
Misli Premyer Liqasında 22 tur geridə qalıb. Keçirilən 131 oyunda ("Neftçi" - "Qarabağ" görüşü təxirə salınıb) 15 hakim iş başında olub.
Fanat.Az-ın hesablamasına görə, Fərid Hacıyev, Kamal Umudlu, Rauf Cabarov, Tural Qurbanov, Kamranbəy Rəhimov və Rəşad Əhmədov oyun idarə edib.
Əliyar Ağayevin bu turda baş hakim kimi təyinat almaması Fərid Hacıyevin önə çıxmasına şərait yaradıb. Hamını qabaqlayan Hacıyev 22 turdan 13-də iş başında olub. Beləliklə, Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Əliyardan, o cümlədən digər FİFA referilərindən çox milli dərəcəli hakim Fərid Hacıyevə güvənib. Hesablarında 12 oyun olan Əliyar Ağayev, Rauf Cabarov və Cavid Cəlilov yeni liderin ən yaxın izləyiciləridir.
22-ci turda bir futbolçuya qırmızı vərəqə göstərilib. Rəşad Əhmədov "Sumqayıt"ın oyunçusu Nikola Ninkoviçi meydandan qovub. Beləliklə, hakimlər cari turda 1-i "qırmızı" olmaqla, cəmi 29 vərəqədən istifadə ediblər.
Hakimlər 29 vərəqədən 11-ni meydan sahiblərinə, 18-ni (1-i qırmızı) isə qonaq komandanın oyunçularına göstəriblər. Mövsümün geridə qalan hissəsi ərzində müvafiq göstərici belədir: 249 sarı (12 qırmızı) - 274 sarı (6 qırmızı).
Beləliklə, 22 turun yekununda sarı vərəqə sayı 523-ə çatıb. Mövsümün geridə qalan hissəsi ərzində 18 "qırmızı" göstərilib. Nəticədə ümumi vərəqə sayı 541-ə bərabər olub. Bu da orta hesabla hər turda 24,6, hər oyunda 4,1 vərəqə deməkdir.
İyirmi iki tur ərzində FİFA referisi Əliyar Ağayev o birilərdən çox əlini cibinə atıb. O, 68 vərəqədən istifadə edib ki, bunun 6-nın rəngi qırmızı olub. Onu hərəsi 49 vərəqədən yararlanan Kamal Umudlu (3-ü qırmızı) və Tural Qurbanov (1-i qırmızı) təqib edir.
Fərid Hacıyev - 13 oyun
meydan sahibi 28 sarı 1 qırmızı
qonaqlar 15 0
cəmi: 43 1
Əliyar Ağayev - 12 oyun
meydan sahibi 30 5
qonaqlar 32 1
cəmi: 62 6
Cavid Cəlilov - 12 oyun
meydan sahibi 17 1
qonaqlar 23 1
cəmi: 40 2
Rauf Cabarov - 12 oyun
meydan sahibi 20 0
qonaqlar 24 1
cəmi: 44 1
Kamal Umudlu - 11 oyun
meydan sahibi 22 3
qonaqlar 24 0
cəmi: 46 3
Tural Qurbanov - 11 oyun
meydan sahibi 25 1
qonaqlar 23 0
cəmi: 48 1
Rəşad Əhmədov - 10 oyun
meydan sahibi 17 0
qonaqlar 29 1
cəmi: 46 1
Elçin Məsiyev - 10 oyun
meydan sahibi 22 0
qonaqlar 21 1
cəmi: 43 1
Rəvan Həmzəzadə - 9 oyun
meydan sahibi 18 0
qonaqlar 19 1
cəmi: 37 1
İnqilab Məmmədov - 9 oyun
meydan sahibi 16 0
qonaqlar 21 0
cəmi: 37 0
Kamranbəy Rəhimov - 9 oyun
meydan sahibi 10 0
qonaqlar 20 0
cəmi: 30 0
Əli Əliyev - 6 oyun
meydan sahibi 10 1
qonaqlar 11 0
cəmi: 21 1
Elvin Bayramov - 3 oyun
meydan sahibi 9 0
qonaqlar 4 0
cəmi: 13 0
Nicat İsmayıllı - 2 oyun
meydan sahibi 4 0
qonaqlar 6 0
cəmi: 10 0
Vüqar Həsənli - 2 oyun
meydan sahibi 1 0
qonaqlar 1 0
cəmi: 2 0
Mirağa
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.