AZ

Bu universitetdə yeni təyinatlar oldu

Azərbaycan Texnologiya Universitetində yeni təyinatlar olub.

Publika.az xəbər verir ki, Elmir Cəfərov Elektron Xidmətlərin Təşkili və İnformasiya Mərkəzinin direktoru, Arzu Əsgərov Keyfiyyətin təminatı şöbəsinin, Abdulla Fərzəlizadə isə Təsərrüfat və təchizat şöbəsinin müdiri vəzifələrinə təyin ediliblər.

Azərbaycan

Elmir Saleh oğlu Cəfərov 08.03.1982-ci ildə Gəncə şəhərində anadan olub. 2003-cü ildə Azərbaycan Universitetinin beynəlxalq münasibətlər, 2005-ci ildə Gəncə Dövlət Universitetinin (GDU) Azərbaycanın yeni və ən yeni tarixi ixtisasını bitirib. 2005-2008-ci illərdə GDU-da Vətən tarixi ixtisası üzrə aspirantura təhsili alıb, tarix üzrə fəlsəfə doktorudur. Elmlər doktoru proqramı üzrə 5312.01 "Sahə iqtisadiyyatı" ixtisasında dissertantura təhsili alır.

2008-2011-ci illərdə Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialında məsləhətçi vəzifəsində əmək fəaliyyətinə başlayıb. 2011-ci ildən Azərbaycan Texnologiya Universitetində baş müəllim, dosent və elmi işlər üzrə dekan müavini vəzifələrində çalışıb. Hazırda İdarəetmə kafedrasının dosentidir.

Seçilən
4
5
publika.az

6Mənbələr