AZ

Bəzi hallarda nağd ödənişlərdən vergidən yayınmaq məqsədilə istifadə edilir Eyyub Kərimli

ain.az bildirir, 525.az portalına istinadən.

“Sahibkarın ödənişi nağd və ya kartla qəbul etməsində məhdudiyyət olmasa da, bəzi hallarda nağd ödənişlərdən vergidən yayınmaq məqsədilə istifadə edilir. Nağd və nağdsız ödənişlər arasında qiymət fərqinin tətbiqi ciddi qayda pozuntusu hesab olunur və inzibati məsuliyyət yaradır. Müştərilər bu cür hallarla qarşılaşdıqda müvafiq qurumlara şikayət edə bilərlər”.

Bunu iqtisadçı ekspert Eyyub Kərimli 525.az-a söyləyib. O qeyd edib ki, nağdsız ödənişlərin azalması iqtisadiyyatda vergidən yayınma hallarına yol açır:

“Halbuki dövlət tərəfindən nağdsız ödənişlər üçün sahibkarlara güzəştlər tətbiq edilir. Bu səbəbdən sahibkarların əksinə, nağdsız ödənişlərdə daha çox maraqlı olmaları məqsədəuyğundur”.

Sevinc Qarayeva 

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
94
525.az

1Mənbələr