AZ

Türkiyənin Daxili İşlər Nazirliyi böhran vəziyyətlərinə hazırdır

Yeniazerbaycan portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyənin Daxili İşlər Nazirliyində bazar günü İranla dövlət sərhədinin təhlükəsizliyi məsələlərinə dair müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, daxili işlər naziri Mustafa Çiftçinin sədrliyi ilə aparılan müzakirədə iştirakçılar regionda vəziyyətin gərginləşməsinin mümkün nəticələrini nəzərdən keçiriblər.

Bununla əlaqədar İranla dövlət sərhədi bölgəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Nazirlikdən bildirilib ki, qeyri-qanuni miqrasiya ilə mübarizə üzrə əlavə tədbirlər, böhran vəziyyətlərinə qarşı fəaliyyət ssenariləri, qurumlararası koordinasiyanın möhkəmləndirilməsi və yerlərdəki strukturların potensialının artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Müşavirədə, digər şəxslərlə yanaşı, İğdır, Hakkari, Ağrı və Vanın qubernatorları da iştirak ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
3
yeniazerbaycan.com

4Mənbələr