AZ

İcbari tibbi sığorta çərçivəsində müştərək maliyyələşmənin tətbiqi 2027-ci ilədək təxirə salınıb

Bakı. Trend:

İcbari tibbi sığorta (İTS) çərçivəsində müştərək maliyyələşməməbləği 2027-ci il yanvarın 1-dən ödəniləcək.

Trend-inməlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Tibbisığorta haqqında" Qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, müştərək maliyyələşmə məbləğinin tətbiqininnövbəti dəfə uzadılaraq 2027-ci il 1 yanvar tarixindən həyatakeçiriləcək.

Xatırladaq ki, daha əvvəl müştərək maliyyələşmə məbləği 2026-cıil 1 yanvar tarixindən ödənilməli idi.

Qeyd edək ki, müştərək maliyyələşmə məbləği sığorta hadisəsinəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbisığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindənödənilən hissəsidir.

Müştərək maliyyələşmə məbləği tibbi xidmətləri göstərmiş tibbmüəssisəsinə və ya dərman vasitələrini buraxmış aptek təşkilatınasığortaolunan tərəfindən birbaşa ödənilir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)tərəfindən tibb müəssisəsinə və aptek təşkilatına ödənilən sığortaödənişinin məbləği müştərək maliyyələşmə məbləği həcmindəazaldılır.

İlkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşaixtisaslaşdırılmış həkim müayinəsi ilə bağlı tibbi xidmətlərdənistifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləğiödəməlidir.

Müştərək maliyyələşmə məbləği və onun tətbiq olunduğu hallaryuxarıdakı abzas istisna olmaqla tibbi xidmətlərə münasibətdəxidmətlər zərfi, dərman vasitələrinə münasibətdə isə pozitiv siyahıilə müəyyən olunur.

Seçilən
68
4
az.trend.az

10Mənbələr