ain.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ ilə müharibəsinin üçüncü günündə İranın xarici işlər naziri Abbas Əraqçı NBC kanalına bağlanaraq amerikalıları maraqlandıran suallara cavab verib.
Reyting.az-ın məlumatına görə, aparıcı İranın baş diplomatına “Cənab Əraqçı ABŞ-nın xaricdəki bazalarına niyə zərbələr endirirsiniz” sualını ünvanlayıb.
İranlı nazir suala cavabında deyib: “Çünki bizi bombalayırsınız. Bizə hücum edənlər Amerikaya aid hərbi bazalar və hərbi varlıqlardır. Biz hücum altındayıq və özümüzü müdafiə etmək haqqımız var. Nədən bu gerçəyi qəbul etmirsiniz?
“Özünüzü necə müdafiə edirsiniz”,- desəniz, biz, sadəcə, ABŞ bazalarını hədəfə aldıq. Bu, çox açıq və sadə reallıqdır. Əminəm və ümid edirəm ki, insanlar bunu anlayacaqlar”.
Nazir sonda əlavə edib ki, hücum edən tərəf İran deyil, İran, sadəcə, özünü müdafiə edir.
E. KAMAL
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.