AZ

Öldüyü deyilən yeni ali dini lider paylaşım etdi YENİLƏNDİ

Bakupost portalından alınan məlumata görə, ain.az xəbər verir.

İranın Ali Lideri vəzifəsini icra edən Əlirza Ərəfi İsrailə qarşı yeni bir hücuma hazırlıqların aparıldığını açıqlayıb. Onun bu açıqlaması video mesaj şəklində sosial şəbəkədə yayımlanıb.

Bakupost.az xəbər verir ki, Ayətullah Ərəfinin hesabı daha sonra platformanın təhdidlərə dair qaydalarını pozduğuna görə bloklanıb.

Hadisə regionda gərginliyi artırmaqla yanaşı, İran-İsrail münasibətlərindəki mövcud qarşıdurmanın dərinləşməsi ehtimalını gündəmə gətirir.

***

11:24

Yayılan, lakin hələlik rəsmi şəkildə təsdiqlənməmiş məlumatlara görə, Xameneinin dünən yerinə təyin olunan İran rejiminin müvəqqəti ali dini lideri, Müvəqqəti Rəhbərlik Şurasının üzvü Əlirza Ərəfi ABŞ və İsrail tərəfindən həyata keçirilən hərbi əməliyyat nəticəsində öldürülüb.

İddialara əsasən, hadisə son günlər regionda artan hərbi gərginlik fonunda baş verib. Lakin bu məlumatla bağlı İranın rəsmi qurumları və ya digər etibarlı mənbələr tərəfindən hələlik açıqlama verilməyib.Qeyd edək ki, məlumat müstəqil şəkildə təsdiqlənməyib və hazırda yalnız sosial şəbəkələrdə və qeyri-rəsmi mənbələrdə yayılır.Cavid, BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
32
www.bakupost.az

10Mənbələr