AZ

Moskvada şok ölüm: məşhur milyarder və keçmiş senatorun oteldə meyiti tapıldı

Rusiya elitası daxilində böyük sarsıntı yaşanır. Tanınmış iş adamı, xeyriyyəçi və keçmiş senator Umar Cəbrayılovun meyiti Moskvanın mərkəzindəki otellərdən birində tapılıb.

Musavat.com xəbər verir ki, Rusiya mediasının yaydığı son dəqiqə məlumatına görə, milyarder bu dəfə qərarında qəti olub və həyatına son qoyub.

Ölümdən qaçmaq mümkün olmadı: ikinci dəhşətli cəhd!

Bu, Cəbrayılovun ilk intihar cəhdi deyil. Hələ 2020-ci ildə o, özünü öldürməyə cəhd etsə də, həmin vaxt möcüzə nəticəsində xilas edilmişdi. Lakin bu dəfə "şans" ondan üz döndərib və o, dəhşətli planını sona çatdırıb.

Çeçenistanın keçmiş senatoru və Moskva Müasir İncəsənət Muzeyinin Himayəçilik Şurasının sədri olan Cəbrayılov, həm biznes, həm də siyasət dünyasının ən qalmaqallı və güclü fiqurlarından biri hesab olunurdu. Onun bu qəfil ölümü Rusiyada ciddi rezonans doğurub.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanları araşdırma aparır. Bu müəmmalı intiharın arxasında hansı gizli səbəblərin dayandığı hələlik böyük sual işarəsi olaraq qalır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
43
1
olaylar.az

2Mənbələr