AZ

Ərdəkanda hərbi obyektlər də hədəfə alındı

İranın Yəzd əyaləti üzrə vali müavini İsmayıl Dehistanı bildirib ki, ABŞ–İsrail hücumları nəticəsində Yəzd əyalətinə bağlı Ərdəkan rayonunda 6 hərbi obyekt hədəfə alınıb.

"Cebheinfo.az" xəbər verir ki,” Islamic Republic News Agency”-nın yaydığı məlumata görə, Dehistanı məsələ ilə bağlı açıqlama verib.

“Bu gün sübh tezdən Ərdəkanda 6 hərbi obyekt hücuma məruz qalıb. Bundan əlavə, Yəzd–Mehriz yolu üzərində yerləşən bir hədəf də ABŞ–İsrail hava hücumuna məruz qalıb”, - deyə o bildirib.

Dehistanı hücumlar zamanı itkilərlə bağlı açıqlama verməyib. Bu gün Tehran, Karaj və Urmia şəhərlərində partlayış səslərinin eşidildiyi bildirilib.

Seçilən
5
cebheinfo.az

1Mənbələr