AZ

London nəhəngi İtaliya millisinin üzvünü alır - 100 milyona

London "Arsenal"ı səs-küylü transferə hazırlaşır.

Fanat.Az xəbər verir ki, İngiltərə nəhəngi İtaliya millisinin və "İnter"in müdafiəçisi Alessandro Bastonini heyətinə qatmağa çalışır.  

İnformasiyanı "Caught Offside" yayıb. Mənbənin məlumatına görəı, britaniyalılar 26 yaşlı futbolçu üçün "kisənin ağzını açıb". Milanlılar danışıqlara açıqdır. "Neradzurri" Bastoninin satışından 90-100 milyon avro qazanmağı planlaşdırır. 

Alessandro ilə "İnter" arasında müqavilə 2028-ci ilin ortalarına qədər müddətə qüvvədədir. Müdafiəçi 2017-ci ilin yayından bəri Milan nəhəngində oynayır. 

Bastoni cari mövsümdə 33 oyun keçirib, 2 qol vurub və 6 məhsuldar ötürmə edib.

Seçilən
2
1
fanat.az

2Mənbələr