AZ

Pakistanda kütləvi iğtişaşlar səbəbindən komendant saatı tətbiq edildi

İranın ali lideri Ayətullah Əli Xameneinin ABŞ–İsrail hücumları nəticəsində öldürülməsi ilə bağlı xəbərlər Pakistanda kütləvi etirazlara səbəb olub. Ölkənin şimalındakı Gilgit-Baltistan bölgəsinin Skardu şəhərində komendant saatı tətbiq edilib.

Far.Az "Dawn" qəzetinə istinadən xəbər verir ki, hadisədən sonra Gilgit-Baltistan bölgəsində etiraz aksiyaları şiddətlənib. Nümayişçilər BMT ofislərinə hücum edib, məktəb və polis bölməsini yandırıblar.

Gilgit-Baltistan polisi Skardu şəhərində komendant saatı elan olunduğunu açıqlayıb. Hüquq-mühafizə orqanları vətəndaşları təmkinli olmağa və dövlət əmlakını qorumağa çağırıb.

Bölgədəki xarici turistlərin təhlükəsiz ərazilərə təxliyə edildiyi, bəzi yolların isə bağlandığı bildirilib. Mağazalar, bazarlar və ticarət mərkəzləri fəaliyyətini dayandırıb.

Hadisələr ölkənin digər şəhərlərinə də yayılıb. Karaçi şəhərində ABŞ konsulluğuna daxil olmağa cəhd göstərən etirazçılara təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 10 nəfər ölüb, 32 nəfər yaralanıb.

Paytaxt İslamabad, eləcə də Lahor, Peşəvər və Kvetta şəhərlərində də etiraz aksiyaları keçirilib. İslamabadda baş verən toqquşmalarda azı 2 nəfər həlak olub, 30-dan çox şəxs yaralanıb.

Gilgit-Baltistan bölgəsində isə iğtişaşlar zamanı 12 nəfərin öldüyü, 80-dən çox şəxsin yaralandığı bildirilir.

Seçilən
28
far.az

1Mənbələr