AZ

Kriptovalyuta bazarında SON VƏZİYYƏT

Yaxın Şərqdəki gərgin vəziyyət fonunda qlobal maliyyə bazarlarında kəskin qiymət dalğalanmalarına səbəb olub. Yüksələn geosiyasi risklər xüsusilə kriptovalyuta bazarında satış təzyiqini gücləndirib, enerji bazarında isə son iki ilin ən sərt gündəlik artımı qeydə alınıb.

“İki sahil” Türkiyə mediasına istinadla xəbər verir ki, həftə sonu 68 min dollar səviyyəsini test edən Bitcoin, risklərin qiymətlərə daxil edilməsi fonunda 66 700 dollar həddinə qədər geriləyib. İnvestorların riskli aktivlərdən çıxmağa üstünlük verməsi altkoinlərdə də genişmiqyaslı satış dalğasına yol açıb.

Enerji bazarında isə Brent markalı neft qiyməti 13 faizə qədər artdıqdan sonra 77,50 dollar səviyyəsində qərarlaşıb. Bu, Rusiya-Ukrayna müharibəsindən bəri ən güclü gündəlik yüksəliş kimi qiymətləndirilir. Qlobal neft tədarükünün mühüm hissəsinin keçdiyi Hörmüz boğazı ətrafındakı qeyri-müəyyənlik qiymət artımında əsas amillərdən biri olub.

Enerji qiymətlərinin bahalaşması inflyasiya təzyiqini artıraraq Federal Ehtiyat Sisteminin (Fed) faiz endirimlərini gecikdirə biləcəyi ilə bağlı gözləntiləri gücləndirib. Bu isə ümumilikdə riskli aktivlər, o cümlədən kriptovalyutalar üzərində əlavə təzyiq formalaşdırır.

Seçilən
102
14
ikisahil.az

10Mənbələr