AZ

11 il sonra film üçün görüşdülər

Türkiyədə fəaliyyət göstərən aktrisa Elif Aysel Nazim ilə aktyor Azər Aydəmir 11 il sonra bir araya gəlib.

11 il öncə “Sənin deyil” serialında tərəf müqabili olan sənətçilər yeni işbirliyi üçün görüşüb.

““Azərlə “Çingene kızı” filmimin qalasında görüşmüşdük. O görüş qısa olmuşdu. Bu dəfə Bakıya gəlişimdə bir araya gəldik, ətraflı danışdıq. İkimizin də ağlında bir film ideyası var idi. Söhbət etdikcə ortaq istəklərimizin çox olduğunu gördük. Yeni film üçün çalışmalara başlayacağıq. Hələlik detallı açıqlama verə bilmirəm, amma bu yay sevənlərimizi sevgi dolu bir iş gözləyir”-deyə aktrisa bildirib.

“11 il sonra görüşmək ikimizi də həyəcanlandırdı, nostalji hisslər yaratdı. Söhbət əsnasında da ortaq ideyalarımız olduğunu gördük. Ağlımızdakı ssenarilər o qədər maraqlı idi ki, düşündük, gözəl bir iş ərsəyə gətirə bilərik. Artıq danışıqlara başlamışıq. Detalları isə önümüzdəki günlərdə açıqlayacağıq”- deyə Aydəmir qeyd edib.

Görüşdə yaddaqalan məqam isə serialdan bir hissəni yenidən canlandırmaqları olub.

 

Seçilən
40
1
minval.info

2Mənbələr