AZ

İran Amerikanın F-15 qırıcı təyyarəsiniVURDU

İranın hava hücumundan müdafiə qüvvələri Küveytdə ABŞ ordusuna məxsus F-15 qırıcı təyyarəsini vurub.

Redaktor.az bu barədə "Tasnim" məlumat yayıb.

Açıqlamada deyilir: "Ölkəyə hücum etməyə cəhd edən ABŞ ordusuna məxsus F-15 qırıcı təyyarəsi İran İslam Respublikasının hava hücumundan müdafiə sistemi tərəfindən vurulub."

"Tasnim" əlavə edib ki, qırıcı təyyarənin qalıqları respublikaya yaxınlığı səbəbindən Küveytdə düşüb.

Xatırladaq ki, bir müddət əvvəl İranın SNN televiziya kanalı xəbər verib ki, Küveyt təhlükəsizlik qüvvələri ölkə səmasında vurulan Amerika qırıcı təyyarəsinin pilotunu saxlayıb. Pilot katapult etməyi bacarıb və Küveytə eniş edib, dərhal saxlanılıb.

Aminə ŞAHSUVARQIZI

Seçilən
11
1
redaktor.az

2Mənbələr