AZ

Xamenei ölsə də, o sağ qaldı Bu general hər hücumdan xilas olub

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Məlum olduğu kimi, ABŞ-nin hücumu nəticəsində İranın ali rəhbəri Əli Xamenei və ailə üzvlərinin həyatını itirdiyi bildirilir. Hücum zamanı Xameneinin qızı, kürəkəni, nəvəsi və gəlini də həlak olub.

Diqqət çəkən məqamlardan biri isə iranlı komandan İsmayıl Qaani ilə bağlıdır. Məlumata görə, Qaani baş verən hücumdan qısa müddət əvvəl toplantını tərk edib və sağ qalıb.

Qaaninin daha əvvəl də oxşar hallarda son anda xilas olması müzakirələrə səbəb olub. Bildirilir ki, o, Livanda Hizbullaha qarşı hücumdan az əvvəl ərazini tərk edib. Həmçinin 12 günlük müharibə zamanı bir sıra yüksək rütbəli komandirlər həlak olsa da, Qaani yenə sağ qalıb.

Bundan sonra sosial şəbəkələrdə Qaaninin guya Xameneini satdığı və ya ABŞ-İsrail üçün işlədiyi ilə bağlı iddialar yayılıb. Lakin bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib. 

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
3
azpolitika.info

4Mənbələr