AZ

Məhkumlara hüquqi yardım göstərilib

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 2 mart, AZƏRTAC

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq, cari il ərzində azadlıqdan məhrum edilmiş və həbs olunmuş şəxslərə pulsuz hüquqi yardım göstərilməsi və maarifləndirmə işi davam etdirilir.

Vəkillər Kollegiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, növbəti dəfə “Qanunçuluq” Vəkil Bürosunun vəkilləri 2 saylı, “Zəfər” Vəkil Bürosunun vəkilləri isə 17 saylı cəzaçəkmə müəssisələrində cəza çəkən ümumilikdə 50 nəfərə yaxın məhkumun müraciətini dinləyən vəkillər tərəfindən onlara müxtəlif hüquqi məsələlər ətrafında geniş izahat verilib, sualları cavablandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
azertag.az

1Mənbələr