AZ

Britaniya İrana hücumlar zamanı bazalarından istifadə edilməsinə icazə verdi


Böyük Britaniya ABŞ-nin İrandakı raket anbarlarına zərbə endirmək üçün hərbi bazalarından istifadə etməsinə icazə verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Keir Starmer “X” sosial şəbəkə səhifəsində dərc olunmuş videomüraciətində bildirib.
Onun sözlərinə görə, Vaşinqton Londondan xüsusi və məhdud müdafiə məqsədi ilə Britaniya hərbi obyektlərindən istifadə üçün icazə istəyib. İcazə raketlərin anbarlarda və ya buraxılış qurğularında buraxılmasından əvvəl məhv edilməsini nəzərdə tutur.
Starmer həmçinin bildirib ki, Böyük Britaniya Amerikanın İrana hücumlarına qoşulmayacaq.
“Biz İrana ilkin hücumlarda iştirak etməmişik. İndi də hücum əməliyyatlarına qoşulmayacağıq”, - Baş nazir əlavə edib.
Starmerin sözlərinə görə, Vaşinqtona İrana qarşı zərbələr endirmək üçün Britaniya hərbi bazalarından istifadə etmək hüququnun verilməsi qərarı təxminən 200 000 Britaniya vətəndaşının yaşadığı qonşu Yaxın Şərq ölkələrinə Tehranın hücumlarının dayandırılması zərurəti ilə diktə edilib.
Seçilən
19
yeniavaz.com

1Mənbələr