AZ

Bu ölkədə də vəziyyət kritikdir: Yüz minlərlə insan evlərindən qaçır

İsrail ordusunun verdiyi məcburi köç əmri nəticəsində Livanda yüz minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Publika.az xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.

Bildirilib ki, köç prosesi təkcə ölkənin cənub bölgələrini deyil, paytaxt Beyrutu da əhatə edir. Xüsusilə İsrailin boşaldılma ilə bağlı göstəriş verdiyi Dahiyə qəsəbələrində vəziyyət daha kritikdir.

Dahiyə Hizbullahın əsas dayaq məntəqələrindən biri kimi bilinir. 2024-cü ildə baş verən son müharibə zamanı bu ərazi dəfələrlə hücumlara məruz qalıb. Həmin ilin noyabrında atəşkəs elan edilsə də, tərəflər arasında gərginlik səngiməyib. İsrail Hizbullahı yenidən silahlanmaqda, Livan dövlətini isə təşkilatın tərksilahı istiqamətində yetərli addımlar atmamaqda ittiham edərək hücumlarını davam etdirir.

Seçilən
14
publika.az

1Mənbələr