AZ

Bu həftə bürclər üçün səbir və sınaq həftəsidir

Bu həftə planetlərin düzülüşü bir çox bürc üçün gözlənilməz xəbərlər və qərar verməli olduqları situasiyalar yarada bilər. Enerji baxımından ağır başlayan həftə sonuna doğru yüngülləşəcək və xüsusilə maddi və şəxsi münasibətlər mövzusunda yeni qapılar açılacaq. Astroloji təsirlərə görə bəzi bürclər üçün bu həftə sınaq, bəziləri üçün isə yüksəliş dövrü olacaq.Missiya.Az həftənin bürclər üçün necə keçəcəyini araşdırıb.

QoçBu həftə səbirli olmaq lazımdır. İş və pul mövzusunda gecikmələr olsa da, sonradan xeyirli nəticə verə bilər. Tələsik qərar vermək tövsiyə edilmir.BuğaMaddi mövzular gündəmdədir. Gözlənilməz qazanc və ya borc məsələsi həll ola bilər. Keçmişdən gələn bir insan yenidən həyatınıza daxil ola bilər.ƏkizlərƏtrafınızdakı insanların həqiqi niyyətini görəcəyiniz bir həftədir. Sirr saxlamaq və hər şeyi hər kəslə paylaşmamaq daha doğru olacaq.XərçəngDuyğusal olaraq həssas həftədir. Ailə və yaxınlarla bağlı qərarlar verə bilərsiniz. Ev, köç və ya dəyişiklik enerjisi var.ŞirBu həftə sözlərinizə diqqət edin. Kiçik mübahisə böyük problemə çevrilə bilər. Amma iş həyatında yeni imkan görünür.QızPlanlı hərəkət edən Qız bürcləri bu həftə qazanan tərəf olacaq. Sağlamlıq və gündəlik həyatla bağlı düzəliş etmək üçün yaxşı vaxtdır.

TərəziŞanslı bürclərdən biridir. Yeni tanışlıq, sevgi və ya gözlənilməz sevindirici xəbər ala bilərsiniz. Enerjiniz yüksəlir.ƏqrəbKeçmişlə bağlı mövzu yenidən qarşınıza çıxa bilər. Bu dəfə doğru qərar vermək lazımdır. Intuisiyanız güclüdür.OxatanYol, xəbər və uzaqdan gələn məlumat enerjisi var. Balans yaratmaq üçün plan qurmalısınız.OğlaqPul və məsuliyyət mövzusu ön plandadır. Çətin görünən işin sonunda rahatlıq var. Səbirli olmaq lazımdır.DolçaƏtrafınızda paxıl və sizi izləyən insanlar ola bilər. Planlarınızı hər kəslə paylaşmayın. Yeni başlanğıc enerjisi var.BalıqRuhsal olaraq gücləndiyiniz bir həftədir. Dualar, niyyətlər və arzular daha tez qəbul ola bilər. Maddi mövzuda da açılma görünür.

Bu həftə bir çox bürc üçün keçmişlə hesablaşma, yeni qapıların açılması və səbir, sınaq həftəsidir. Enerjini düzgün istifadə edənlər üçün ay sonuna doğru rahatlama görünür.

İlahə QənbərliMissiya.Az

Seçilən
24
missiya.az

1Mənbələr