AZ

ABŞ və İsrail İrana hücumu bir həftə əvvəl planlaşdırıbmış

ABŞ və İsrail İrana hücumu bir həftə əvvəl həyata keçirməyi planlaşdırırmış, lakin əməliyyat operativ və kəşfiyyat səbəblərinə görə təxirə salınıb. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Axios portalı mənbələrə istinadən yayıb.
 

Məlumata görə, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən ikinci danışıqlar raundu nəticəsiz başa çatdıqdan sonra ABŞ və İsrail fevralın 21-də zərbə endirməyə hazırlaşmağa başlayıb.


Lakin hücuma icazə verilməyib. ABŞ və İsrail rəsmilərinin sözlərinə görə, səbəblərdən biri regiondakı hava şəraiti olub. Digər mənbə isə gecikmənin ABŞ Silahlı Qüvvələri ilə İsrail Müdafiə Ordusu (ÇAXAL) arasında koordinasiyanın gücləndirilməsi zərurəti ilə bağlı olduğunu bildirib.

“Son iki həftə çox gərgin keçib, davamlı tərəddüdlər olub”, — deyə Donald Tramp administrasiyasından olan şəxs bildirib.

Fevralın 28-i səhər saatlarında ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. Tramp xalqa müraciətində zərbələri Tehranın nüvə ambisiyalarından imtina etməməsi səbəbindən “tükənmiş səbir”lə izah edib.
 

İslam Respublikasında bir çox şəhər, o cümlədən paytaxt atəşə tutulub. Zərbələrdən biri İranın ali dini lideri Əli Xameneinin iqamətgahına endirilib və o, həlak olub.


Cavab olaraq İran İsrailə və Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.

Bizim.Media

Seçilən
4
bizim.media

1Mənbələr