Pakistanın şimalındakı Gilgit-Baltistan bölgəsinin Skardu şəhərində, İran lideri Ayətullah Əli Xameneyinin ABŞ-İsrail hücumları nəticəsində öldürülməsindən sonra başlayan nümayişlər səbəbindən komendant saatı elan edilib.
"Cebheinfo.az" "Dawn" qəzetinə istinadən xəbər veriri ki, Xameneyinin ABŞ-İsrail hücumları nəticəsində öldürülməsindən sonra Gilgit-Baltistan bölgəsində etirazlar şiddətlənib.
Bölgədəki Birləşmiş Millətlər Təşkilatının (BMT) ofislərinə hücum edən nümayişçilər məktəb və polis bölməsini də yandırıblar.
Gilgit-Baltistan polisi Skardu şəhərində komendant saatı elan edildiyini bildirib. Polis təmkinli olmağa çağırış edərək, dövlət əmlakının qorunmasının bütün vətəndaşların məsuliyyəti olduğunu bildirib.
Bölgədəki bütün xarici turistlərin təhlükəsiz ərazilərə təxliyə edildiyi və bəzi yolların təhlükəsizlik səbəbiylə hərəkətə bağlandığı xəbər verilir.
Gilgit-Baltistan bölgəsindəki mağazalar, bazarlar və ticarət mərkəzləri bağlı qalarkən, kommersiya fəaliyyəti dayandırılıb.
Xatırladaq ki, İran lideri Ayətullah Əli Xameneyinin ABŞ-İsrail hücumları nəticəsində öldürülməsi Pakistanda kütləvi nümayişlərə yol açmışdı.