AZ

Bu ölkənin Kiprdəki hərbi bazası dron hücumuna məruz qalıb

Yazını böyüt
Yazını kiçilt

Kiprdə yerləşən Böyük Britaniyaya məxsus hərbi baza pilotsuz uçuş aparatı olduğu ehtimal edilən hücuma məruz qalıb.

Hafta.az xəbər verir ki, insident nəticəsində xəsarət alan olmayıb. Böyük Britaniyanın Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, hadisə yerli vaxtla gecə yarısı baş verib və hücum Limassol şəhərində yerləşən RAF Akrotiri hərbi hava bazasına qarşı yönəlib.

“Silahlı Qüvvələrimiz Kiprdə “RAF Akrotiri” bazasına qarşı ehtimal olunan dron hücumuna cavab verib. Regionda qüvvələrimizin mühafizə səviyyəsi ən yüksək həddə çatdırılıb və baza şəxsi heyətin təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər görüb”, – deyə nazirliyin açıqlamasında bildirilir.

Qeyd olunub ki, vəziyyət dinamik olaraq qalır.

Bazada Britaniya Silahlı Qüvvələrinin tərkibində 4 mindən çox hərbi qulluqçu və onların ailə üzvləri xidmət edir. Onlar əsasən “RAF Akrotiri” bazasında yerləşdirilib. Həmin baza Kral Hərbi Hava Qüvvələrinin müxtəlif bölmələrinə ev sahibliyi edir. Burada döyüş, nəqliyyat təyyarələri və kəşfiyyat vasitələri yerləşdirilib./“Sky News”/

Seçilən
12
3
hafta.az

4Mənbələr