İngiltərə ABŞ-a İranın raket anbarlarına hücum əməliyyatları üçün hərbi bazalarından istifadə icazəsi verib.
Editor.az xəbər verir ki, Baş nazir Keir Starmer bunu öz sosial media hesabında açıqlayıb.
Starmer bildirib ki, Vaşinqton Londondan müəyyən və məhdud müdafiə məqsədi üçün İngilis hərbi obyektlərinə çıxış icazəsi istəyib. Bu, raketlərin atılmadan əvvəl anbarlarda və ya buraxılış rampalarında məhv edilməsini nəzərdə tutur.
Baş nazir həmçinin hökumətin ABŞ-ın Orta Şərqdə təxminən 200 min İngilis vətəndaşının təhlükəsizliyini təmin etmək məqsədilə bu xahişi təsdiqlədiyini vurğulayıb. O, addımı kollektiv öz müdafiəsi çərçivəsində qiymətləndirərək beynəlxalq hüquqa uyğun olduğunu bildirib.
//Gülnarə Abasova, Editor.az