AZ

Böyük Britaniya ABŞ-yə öz hərbi bazalarından istifadə etməyə icazə VERDİ

Böyük Britaniya hökuməti ABŞ-yə İranın raket anbarlarına zərbə endirmək üçün öz hərbi bazalarından istifadə etməyə icazə verib.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Kir Starmer "X" sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, Vaşinqton Londona “konkret və məhdud müdafiə məqsədi” ilə Britaniya hərbi obyektlərinə çıxış üçün müraciət edib. Söhbət raketlərin buraxılmasından əvvəl onların anbarlarda və ya buraxılış qurğularında məhv edilməsindən gedir.

Starmer bildirib ki, hökumət ABŞ-nin müraciətini təsdiqləyib. Məqsəd İranın Yaxın Şərq ölkələrinə mümkün raket hücumlarının qarşısını almaqdır. Qeyd olunub ki, həmin bölgədə təxminən 200 min Böyük Britaniya vətəndaşı yaşayır. Baş nazir vurğulayıb ki, London və Vaşinqtonun addımları kollektiv özünümüdafiə çərçivəsində qiymətləndirilir və beynəlxalq hüquqa uyğundur.

Aytəkin TOFİQQIZI

Seçilən
32
redaktor.az

1Mənbələr