AZ

Tramp: İrana qarşı əməliyyat təxminən dörd həftə çəkə bilər




ABŞ prezidenti Donald Tramp İrana qarşı əməliyyatın təxminən dörd həftə və ya daha az vaxt davam edə biləcəyin deyib.

Newscenter.az TASS-a istinadən bildirir ki, Tramp Britaniyanın "Daily Mail" qəzetinə verdiyi müsahibədə bunu bildirib. Ağ Ev rəhbəri həmçinin qeyd edib ki, bu daha çox əməliyyatın mürəkkəbliyindən asılıdır:

"Biz bunun təxminən dörd həftə çəkəcəyini düşündük. Bu, həmişə təxminən dörd həftəlik bir proses olub, ona görə də əməliyyatın mürəkkəbliyinə baxmayaraq, dörd həftə və ya daha az vaxt aparacaq".

Qeyd edək ki, fevralın 28-də İsrail və Birləşmiş Ştatlar İrana qarşı hərbi əməliyyatlara başlayıb. Əməliyyat nəticəsində ali dini lider başda olmaqla bir neçə yüksək rütbəli İran rəsmisi həlak olub.

Anar
Seçilən
67
10
newscenter.az

10Mənbələr