AZ

Tox olsanız da, şirniyyata niyə yox deyə bilmirsiniz? Araşdırma sirri açdı

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Şərqi İngiltərə Universitetinin alimləri müəyyən ediblər ki, insan tam doyduqdan sonra belə beyin cəlbedici yeməyə aktiv reaksiya verməyə davam edir. Üstəlik, bu reaksiya həm yeməyin virtual görüntülərinə, həm də real qidalara qarşı yaranır.

Oxu.Az gazeta.ru-ya istinadən xəbər verir ki, tədqiqatın nəticələri "Appetite" jurnalında dərc olunub.

Araşdırmada 76 könüllü iştirak edib. Eksperiment zamanı iştirakçılar mükafat elementləri olan oyun tapşırığını yerinə yetirərkən onların beyin fəaliyyəti elektroensefaloqrafiya (EEQ) vasitəsilə qeydə alınıb. Oyunda şirniyyatlar, şokolad, çips və popkorn kimi məhsulların həm şəkillərindən, həm də real nümunələrindən istifadə olunub. Tapşırığın ortasında iştirakçılara seçilmiş məhsullardan birini maraqları azalana qədər dadmaq imkanı verilib.

Müəyyən mərhələdə iştirakçılar toxluq hiss etdiklərini bildiriblər - onların davranışı yeməyin dəyərinin azaldığını göstərib. Lakin EEQ məlumatları göstərib ki, mükafat sistemi ilə əlaqəli beyin nahiyələrində elektrik aktivliyi iştirakçılar artıq doymuş olsalar belə, yemək görüntülərinə eyni dərəcədə güclü reaksiya verməyə davam edib.

Müəlliflər qeyd edirlər ki, bu cür reaksiyalar avtomatik xarakter daşıya və illər ərzində müəyyən qidanın zövqlə əlaqələndirilməsi nəticəsində formalaşmış öyrənilmiş neyron şablonlarını xatırlada bilər. Bu mexanizmlər şüurlu qərarlardan və aclıq hissindən asılı olmayaraq işə düşə bilir.

Alimlərin fikrincə, əldə olunan nəticələr fizioloji aclıq olmadığı halda belə niyə həddindən artıq yeməyin mümkün olduğunu və artıq çəki probleminin yalnız iradə gücü ilə bağlı olmadığını izah etməyə kömək edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
41
oxu.az

1Mənbələr