AZ

İsrail Livandan bir neçə raketin buraxıldığını qeydə alıb

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Livandan İsrail ərazisinə bir neçə raketin buraxıldığı qeydə alınıb.APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Qurumun açıqlamasına görə, İsrailin şimal bölgələrində hava həyəcanı siqnalları səsləndikdən sonra Hərbi Hava Qüvvələri Livandan atılan raketlərdən birini havada zərərsizləşdirib.Digər raketlərin isə yaşayış olmayan ərazilərə düşdüyü qeyd olunub.

“Həlak olan və ya dağıntılar barədə məlumat yoxdur”, – deyə hərbi qurum əlavə edib.

"Kan" dövlət telekanalı qeyd edir ki, bu, atəşkəsin qüvvəyə minməsindən sonra Livan ərazisindən İsrailə ilk raket atəşidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
apa.az

2Mənbələr