AZ

İçki ilə bağlı illərdir doğru bilinən yanlış 2 saat sonra...

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"İnsanlar çox vaxt içkinin yuxuya getməyi asanlaşdırdığını düşünsələr də, bu prosesin sonrakı mərhələləri orqanizm üçün ağır keçir".Demokrat.az xəbər verir ki, bu sözləri rusiyalı Narkoloq Andrey Tyurin spirtli içkilərin yuxu rejiminə göstərdiyi mənfi təsirlər barədə danışarkən deyib. Onun fikrincə, hətta az miqdarda alkoqol qəbulu beynin tam dincəlməsinə mane olur və yuxunun strukturunu pozur."Alkoqolun sakitləşdirici təsiri sayəsində insan tez yuxuya gedir, lakin bu yeganə müsbət məqamdır. Sağlam yuxu bir neçə mərhələdən ibarət mürəkkəb sistemdir. Spirtli içki isə fiziki bərpa və yaddaşın möhkəmlənməsi üçün vacib olan sürətli yuxu fazasını sıradan çıxarır. Nəticədə insan kifayət qədər yatsa da, səhər özünü yorğun və beyni dincəlməmiş hiss edir.İçki qəbulundan bir neçə saat sonra orqanizm etanolu xaric etməyə başlayır və bu zaman sinir sistemi oyanır. Yuxu səthi və kəsik-kəsik olur ki, həkimlər bunu yuxu fraqmentasiyası adlandırırlar. Tam bərpa prosesi baş vermədiyi üçün beyin növbəti günə hazır ola bilmir".Narkoloq bildirib ki, alkoqolun bədəndən tam təmizlənməsi üçün isə ən azı üç gün vaxt tələb olunur.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
demokrat.az

1Mənbələr