AZ

Körfəz ölkələri İranı cavab tədbirləri ilə hədələdi

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fars körfəzi ölkələri İranın zərbələrinə cavab verə biləcəklərini bəyan ediblər.

Oxu.Az RBC-yə istinadən xəbər verir ki, bu barədə Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının birgə bəyanatında bildirilib.

Sənəddə qeyd olunur: "Şura ölkələrinə qarşı əsassız İran təcavüzü fonunda Nazirlər Şurası təhlükəsizlik və sabitliyin, eləcə də ərazilərin, vətəndaşların və həmin ölkələrdə yaşayan şəxslərin qorunması üçün bütün zəruri tədbirlərin görüləcəyini təsdiqləyir. Bu tədbirlərə cavab addımları hüququ da daxildir".

Qeyd edək ki, bundan əvvəl İranı hərbi tədbirlərlə hədələyən ölkələr sırasında Fransa, Almaniya və Böyük Britaniya da yer alıb. Həmin dövlətlərin birgə bəyanatında milli maraqların və regiondakı müttəfiqlərin qorunması üçün tədbirlərin görüləcəyi vurğulanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
oxu.az

1Mənbələr