AZ

Aİ Yaxın Şərqə əlavə hərbi gəmilər göndərir

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Avropa İttifaqı (Aİ) Yaxın Şərqdə dəniz təhlükəsizliyini gücləndirmək məqsədilə əlavə hərbi gəmilər göndərir.

Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, "Aspides" adlı müdafiə xarakterli hərbi-dəniz missiyası Qırmızı dəniz, Fars körfəzi və Hind okeanında gücləndiriləcək.

Onun sözlərinə görə, missiya qorunma ilə bağlı müraciətlərin "kəskin artımı" ilə üzləşib. Dəniz təhlükəsizliyini möhkəmləndirmək üçün əməliyyata əlavə gəmilər cəlb olunacaq.

Qeyd edək ki, Avropa İttifaqı bölgədə gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədilə bir sıra hərbi-dəniz missiyaları həyata keçirir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
49
1
oxu.az

2Mənbələr