AZ

Starmer ABŞ-ın İrana hücumlar üçün Britaniya bazalarından istifadəsinə icazə verib

Böyük Britaniya ABŞ-ın İrandakı raket anbarlarına zərbə endirmək üçün hərbi bazalarından istifadə etmək tələbinə müsbət cavab verib.

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer "X" hesabında dərc olunmuş videomüraciətində bildirib.

"Təhdidin qarşısını almağın yeganə yolu raketləri anbarlardakı buraxılış yerlərində və ya raketlərin buraxılması üçün istifadə edilən buraxılış qurğularında məhv etməkdir. Amerika Birləşmiş Ştatları bu xüsusi və məhdud müdafiə məqsədi ilə Britaniya bazalarından istifadə etmək üçün icazə istəyib. İranın bölgəyə raket atmasının qarşısını almaq üçün bu tələbi təsdiqləməyə qərar verdik", - deyə o bildirib.

Starmer bildirib ki, Böyük Britaniyanın özü Amerika hücumlarına qoşulmayacaq: "Biz İrana ilkin hücumlarda iştirak etməmişik, indi də heç bir hücum əməliyyatına qoşulmayacağıq".

Seçilən
29
3
far.az

6Mənbələr