AZ

Tramp İrana qarşı hərbi əməliyyatın təxminən dörd həftə davam edəcəyinə inanır

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın təxminən dörd həftə və ya daha az vaxt apara biləcəyinə inanır.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Tramp Britaniyanın "Daily Mail" qəzetinə verdiyi müsahibədə bildirib.

"Biz bunun təxminən dörd həftə çəkəcəyini təxmin etdik. Bu, həmişə təxminən dörd həftəlik bir proses olub, ona görə də (əməliyyatın – Red) mürəkkəbliyinə baxmayaraq, dörd həftə və ya daha az vaxt aparacaq", - Tramp əlavə edib.

Tramp Floridadakı Mar-a-Lago iqamətgahındadır və bazar günü onun Vaşinqtona qayıtması gözlənilir.

Seçilən
56
10
missiya.az

10Mənbələr