AZ

Super Liqa: "Fənərbağça"dan xal itkisi

Türkiyə Super Liqasında 24-cü tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə 3 oyun baş tutub.

“Gənclərbirliyi” – “Kayserispor” və “Samsunspor” – “Qaziantep” matçları qolsuz bitib. “Antalyaspor” – “Fənərbağça” görüşündə də qalib müəyyənləşməyib.

Hazırda 58 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbağça” 54, “Trabzonspor” 51, “Beşiktaş” 46, “Göztəpə” 42 xal toplayıb.

Türkiyə Super Liqası
24-cü tur

27 fevral

Başakşəhər – Konyaspor 2:0
Qollar: Selke, 52; 61.

Trabzonspor – Karagümrük 3:1
Qollar: Onuaçu, 20. Nvayvu, 47; 50 – Verde, 28.

28 fevral

Kasımpaşa – Rizəspor 0:3
Qollar: H.Dervişoğlu, 25. Mihaila, 56. Mebude, 80.

Kocaelispor – Beşiktaş 0:1
Qol: Aqbadu, 52.

Qalatasaray – Alanyaspor 3:1
Qollar: S.Boe, 45+2. Torreyra, 58. Osimhen, 83 – Munye, 49.

Göztəpə – Eyüpspor 0:0

1 mart

Gənclərbirliyi – Kayserispor 0:0

Samsunspor – Qaziantep 0:0

Antalyaspor – Fənərbağça 2:2
Qollar: L.Mercan, 43-öz qapısına. Van de Strek, 49 – S.Şerif, 63. V.Sarı, 69-öz qapısına.

Seçilən
29
fanat.az

1Mənbələr